Səfirlik: Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 17:35

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Diplomatik nümayəndəlikdən İnterAz-a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

 

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.