Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə edib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 14:13

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.