Üç seçki məntəqəsinin nəticələri ləğv olunub

Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Fevral 2020, 11:51

MSK-dan İnterAz-a bildirilib ki, həmin məntəqlərin (11 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi) nəticələri dairə seçki komissiyaları (DSK) tərəfindən ləğv edilib.

 

*** 10:03

 

Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb.

 

İnterAz-ın xəbərinə görə, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub.

 

Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.

 

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən lider namizəd Kamilə Əliyeva, 123 saylı Kəlbəcər seçki dairəsindən isə lider namizəd Aqil Məmmədovdur.

 

Xatırladaq ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.