Nəticələri ləğv edilən dairələrin tam siyahısı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Fevral 2020, 18:28

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

 

İnterAz xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

 

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

 

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

 

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

 

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

 

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

 

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib:

 

- 91 saylı Ucar seçki dairəsi

 

- 81 saylı Beyləqan seçki dairəsi 

 

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi

 

- 95 saylı Tərtər seçki dairəsi

 

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi

 

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

 

- 15 saylı Yasamal birinci seçki dairəsi

 

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi

 

- 79 saylı İmişli seçki dairəsi 

 

- 60 saylı Salyan-Neftçala seçki dairəsi