Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu Vətənə qayıdıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Bakıya qayıdıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 13:36

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Bakıya qayıdıb.

 

Bu barədə İnterAz-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.