MSK daha 4 məntəqənin nəticələrini etibarsız sayıb

Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Fevral 2020, 16:40

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Samirə Rəfullayevanın müraciətə baxılıb.

 

İnterAz xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

 

MSK üzvü bildirib ki, namizəd müraciətində bir çox seçki mənqtələrində olduğunu qeyd edib:

 

“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Şikayətlə əlaqədar DSK-dan müvafiq sənədlər alınıb və araşdırılıb. Araşdırma nəticəsində 12, 14, 16 və18 saylı məntqələrdə qanun pozuntuları aşkar edilib. Bununla əlaqədar 4 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

 

İclasda həmin dairənin 4 seçki məntəqəsi (12, 14, 16 və 18 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

 

Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.