Operativ Qərargah: Koronavirusun Azərbaycan daxilində yayılma halları aşkarlanıb

"Hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi var"...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Mart 2020, 17:12

"Hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi var".

 

İnterAz xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

 

"Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb", - məlumatda vurğulanıb.