Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək

Bununla bağlı məsələ yaxın günlərdə parlamentdə müzakirə olunacaq...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 26 Mart 2020, 15:14

Azərbaycanda koronavirusla bağlı görülən tədbirlər çərçivəsində Milli Məclisin iş qaydasında dəyişiklik edilir.

 

İnterAz-ın məlumatına görə, Milli Məclisin plenar iclasları dekabrın 20-dək elektron formada keçiriləcək.

 

Bununla bağlı məsələ yaxın günlərdə parlamentdə müzakirə olunacaq.