Nazirlər Kabinetinin hesabatının Milli Məclisdə müzakirə olunacağı vaxt məlum olub

...Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 26 Mart 2020, 16:40

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatının parlamentdə müzakirə olunacağı vaxt açıqlanıb.

 

İnterAz-ın məlumatına görə, hökumətin hesabatı Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.