Sübahir Qurbanov əfv edilib

...Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 06 Aprel 2020, 17:04

Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

 

İnterAz-ın məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general Sübahir Qurbanov da var.

 

Qeyd edək ki, Sübahir Qurbanov 2015-ci ildə həbs olunub.

 

 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə S. Qurbanov 14 il azadlıqdan məhrum edilib.