Elmar Məmmədyarov Polşaya rəsmi səfərə gedib

XİN rəhbəri Elmar Məmmədyarov Polşaya səfərə yola düşüb

Bakı, İlkin Məmmədov, İnteraz - 27 Yanvar 2015, 09:47

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya səfərə yola düşüb.

 

Bu barədə İnterAz-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata əsasən, XİN başçısı Osvensimin azad olunmağının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirak etmək məqsədilə Polşanın Krakov şəhərinə gedib.