Deputatlarımız ABŞ-da beynəlxalq konfransda iştirak edəcək

Səməd Seyidov və Asim Mollazadə Atlantik Şuranın konfransında iştirak etmək üçün ABŞ-a gedir

Bakı, İlkin Məmmədov, İnteraz - 27 Yanvar 2015, 11:27

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.

 

Parlamentin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq.

 

Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

 

Səfər fevralın 4-də başa çatacaq.