Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar

Hava Hücumundan Müdafiə bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını tutublar...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 May 2020, 10:05

Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.