Moldovalı ombudsman Aureliya Qriqoriu Azərbaycana gələcək

Xanım Qriqoriunun səfərinin məqsədi Bakıda "Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir" mövzusunda keçiriləcək konfransda iştirak etməkdir

Bakı, İlkin Məmmədov, İnteraz - 28 Yanvar 2015, 17:10

Moldovalı ombudsman Aureliya Qriqoriu Azərbaycana səfər edəcək.

 

Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) İnterAz-a verilən məlumata görə, xanım Qriqoriunun səfərinin məqsədi Bakıda "Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir" mövzusunda keçiriləcək konfransda iştirak etməkdir.

 

Məlumata əsasən, konfrans fevralın 2-də Azərbaycan Mətbuat Şurası və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun dəstəyi ilə ATXƏM tərəfindən keçiriləcək.

 

Tədbirdə moldovalı ombudsmanla yanaşı, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, hüquq müdafiəçiləri, QHT və mətbuat nümayəndələri iştirak edəcəklər.