Elmar Məmmədyarov Aşqabada gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana səfərə gedib

Bakı, İlkin Məmmədov, İnteraz - 29 Yanvar 2015, 10:06

Bu gün Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Xarici İşlər Nazirliyinin  mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün Türkmənistana yola düşüb.

 

Xatırladaq ki, bundan öncəki görüş 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib.

 

Bakı görüşündə regional layihələr, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutları müzakirə edilib.