Aşqabadda Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunub

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar

Bakı, İlkin Məmmədov, İnteraz - 29 Yanvar 2015, 13:17

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bu gün Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə görüşüb.

 

XİN-nin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.

 

2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndirdilər.

 

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

 

Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.