İsmət Qayıbovun oğluna yüksək vəzifə verilib

... bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Iyun 2020, 16:22

İsmət Qayıbovun oğluna yüksək vəzifə verilib.

 

İnterAz-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər. 

 

Qeyd edək ki, İsmayıl Qayıbov Azərbaycanın sabiq Baş prokuroru İsmət Qayıbovun oğludur.