Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub

...Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun rumıniyalı həmkarı Boqdan Auresku arasında telefon danışığı olub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Iyun 2020, 15:11

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun rumıniyalı həmkarı Boqdan Auresku arasında telefon danışığı olub.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Rumıniya XİN başçısı “Twitter”də bildirib.

 

“Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla yaxşı müzakirəmiz oldu. Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyasında COVID-19-la bağlı sessiyanın keçirilməsi kimi vacib məsələlərə toxunduq. Ticarət və enerji sahəsində qarşılıqlı əməkdaşlığı müzakirə etdik. Rumıniya, Azərbaycan, Gürcüstan və Türkmənistanın iştirak etdiyi Qara dəniz - Xəzər dəniz nəqliyyat dəhlizinin inkişafı ilə bağlı səyləri alqışladıq”, - deyə rumıniyalı nazir qeyd edib.