Bu gün video-konfrans formatında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək

Bu gün video-konfrans formatında Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın növbəti görüşü keçiriləcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 10:30

Bu gün video-konfrans formatında Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın növbəti görüşü keçiriləcək.

 

İnterAz-ın məlumatına görə, bir gün əvvəl Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT  Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrje  Kasprşik ilə video-konfrans formatında görüşüb.

 

Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı vəziyyətini müzakirə edib.