Azərbaycanda yeni publik hüquqi şəxslər yaradılıb

Onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı həmin publik hüquqi şəxslərə keçir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 15:38

Azərbaycanda yeni publik hüquqi şəxslər yaradılıb.

 

İnterAz-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı  “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana əsasən, yeni yaradılan publik hüquqi şəxslər - Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir.

 

Onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı həmin publik hüquqi şəxslərə keçir.