Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü başlayıb

...Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun erməni həmkarı Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşü başlayıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 30 Iyun 2020, 16:22

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun erməni həmkarı Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşü başlayıb.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

 

Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilir.

 

Qeyd edək ki, ötən gün E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.