MN: Ermənilər yenidən Tovuzun iki kəndini atəşə tutub

...Ermənilər Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Iyul 2020, 09:04

Ermənistan silahlı qüvvələrinin bölmələri kəndləri yenidən atəşə tutub.

 

Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı İnterAz-a bildirib ki, iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutulub.

 

Kənd sakinlərinə heç bir ziyan dəyməyib.