Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib

... bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Iyul 2020, 19:41

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. 

 

İnterAz-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.