Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunub

...Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, milli məclisin deputatları, o cümlədən hərbçilər iştirak edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Iyul 2020, 09:25

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

 

İnterAz xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

 

Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.

 

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.

 

Ötən gün şəhid generalın cənazəsi Azərbaycan bayrağı altında, böyük insan izdihamında “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Qəbələdən Bakıya yola salınıb. Şəhid Polad Həşimovun nəşi Bakıda İkinci Fəxri Xiyadanda torpağa tapşırılacaq.

 

Şəhidin bir qız və iki oğul övladı var.

 

Allah rəhmət eləsin!