Emin Əmrullayev Təhsil naziri təyin edilib

...Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Iyul 2020, 13:05

Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

İnterAz-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

 

Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.