Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edilib

Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Avqust 2020, 13:19

Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

 

İnterAz xəbər verir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

 

Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

 

Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.