Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək

...Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Sentyabr 2020, 12:24

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.