MM bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib

...hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Sentyabr 2020, 17:52

 Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib.

 

İnterAz xəbər verir ki, hərbi vəziyyətin elan olunması ilə bağlı qərar Milli Məclisin keçirilən iclasında verilib.

 

Hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur.