MN: Azərbaycan HHQ-ya məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalandır

...Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Sentyabr 2020, 00:08

Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

 

İnterAz-ın məlumatına görə bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

 

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.