Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı daha bir məlumat yayıb

...Daşkəsən artilleriya atəşinə tutulur

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 08:28

Ermənistan növbəti provokasiyaya əl atıb.

 

Müdafiə Nazirliyindən İnterAz- verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

 

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.