İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

...Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Sentyabr 2020, 10:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib.

 

İnterAz xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.