Əfqanıstan Qarabağ məsələsində Azərbaycan dövlətinin yanında olduğunu bildirib

...Dağlıq Qarabağ bölgəsi dünyada rəsmi şəkildə Azərbaycan Respublikasının ərazisi kimi tanınır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 10:40

Əfqanıstan hökuməti Ermənistanla Azərbaycanda arasında müharibənin başlamasından narahat olduğunu bildirib və bu məsələdə Azərbaycan dövlətinin yanında olduğunu bəyan edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyi bəyanat verib.

 

Əfqanıstan XİN-in bəyanatında deyilir:

 

“Dağlıq Qarabağ bölgəsi dünyada rəsmi şəkildə Azərbaycan Respublikasının ərazisi kimi tanınır. Əfqanıstan bu bölgənin işğaldan azad edilməsini istəyir. Əfqanıstan bu zəmində Azərbaycan dövləti və xalqını dəstəkləyir. Lakin döyüşlərin acı nəticələrlə sonuclanacağı qətidir və Əfqanıstan atəşkəsin bərpa edilməsi və bu uzun müddətli münaqişənin sülh yolu ilə həll edilməsini istəyir.”