Azərbaycan MN: Ermənistan ordusunun polkovniki məhv edilib

...u barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 10:58

 "Ermənistan ordusunun polkovniki məhv edilib”.

 

İnteAz xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

 

“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”, - deyə Vaqif Dərgahlı qeyd edib.