MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

...Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 11:13

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib.

 

İnterAz-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir:

 

"Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib".