İlham Əliyev: Bu dəfə biz onlara növbəti dərs verəcəyik

..."Ötən iki gün ərzində bizim mülki şəxslər arasında itkilərimiz olub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Sentyabr 2020, 12:31

“Ötən iki gün ərzində bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslərin arasında itkilərin sayı artmaqdadır”. 

 

İnterAz xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib. 

 

“Bu ana qədər Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında 2 uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik”, - Prezident bildirib.