Baş Prokurorluq: Mülki əhalinin atəşə tutulması ilə bağlı 5 cinayət işi başlanılıb

..."Son döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində baş verən cinayət faktları ilə bağlı 5 cinayət işi başlanılıb"

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Sentyabr 2020, 12:41

"Son döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində baş verən cinayət faktları ilə bağlı 5 cinayət işi başlanılıb".

 

İnterAz xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

 

Onun sözlərinə görə, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.