Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib

...Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 15:04

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib.

 

İnterAz-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, M. Pompeo deyib ki, hər iki tərəf şiddətə son verməlidir.

 

“Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”, - deyə ABŞ Dövlət katibi qeyd edib.