Kreml Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı mövqeyinə münasibət bildirib

Dağlıq Qarabağda münaqişə tərəflərindən birinə hərbi dəstəklə bağlı hər hansı bir açıqlama gərginliyin artmasına səbəb olur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 16:55

Dağlıq Qarabağda münaqişə tərəflərindən birinə hərbi dəstəklə bağlı hər hansı bir açıqlama gərginliyin artmasına səbəb olur.

 

İnterAz xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərini şərh edərkən bildirib.

 

"Hərbi dəstək və ya hərbi fəaliyyətlə bağlı hər hansı bir açıqlama alova yanacaq tökməkdir,  buna qəti şəkildə qarşıyıq", Peskov bildirib.

 

Peskov bildirib ki, Rusiya Türkiyə də daxil olmaqla tərəfdaşlarını "qarşı tərəfləri atəşi dayandırmağa, uzun müddətdir davam edən münaqişənin siyasi və diplomatik yollarla sülh yolu ilə həllinə dönməyə inandırmaq üçün əlindən gələni eyməyə" çağırır.

 

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, Türkiyə döyüş meydanında və diplomatik masada Azərbaycanın yanındadır.

 

"Biz Dağlıq Qarabağ məsələsini kökündən həll etmək istəyirik", nazir bildirib.

 

Çavuşoğlu münaqişənin yalnız bir həll yolu olduğunu bildirib.

 

“Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir. Bu baş verməsə problem həll olunmayacaq", o deyib.