MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır

...bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 18:36

“Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”.

 

İnterAz-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

 

O qeyd edib ki, erməni KİV-də Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır: "Erməni tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib".