Türkiyə Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 ilə vurulduğu barədə İrəvanın məlumatını təkzib edib

... F. Altun Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə İrəvanın yaydığı məlumatın yalan olduğunu deyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 18:54

Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.

 

İnterAz-ın məlumatına görə, F. Altun Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə İrəvanın yaydığı məlumatın yalan olduğunu deyib.

 

Ermənistanın bu məlumatını Azərbaycan Müdafiə Nazirliyi də təkzib edib.