Müdafiə Nazirliyi: “Ermənistan ordusunun mövqeləri darmadağın edilib”

... ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 23:10

Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

 

İnterAz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.