MN: Düşmənə köməyə gələn ehtiyat qüvvələr məhv edilib

...Köməyə gələn ehtiyat qüvvələr Azərbaycan Ordusunun bölmələri tərəfindən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Sentyabr 2020, 14:42

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.

 

Bu barədə İnterAz-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

"Köməyə gələn ehtiyat qüvvələr Azərbaycan Ordusunun bölmələri tərəfindən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib", - nazirlikdən bildirilib.