Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənc çağırışçılarla bağlı açıqlama yayıb

...Hazırda aparılan müddətli həqiqi hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi ildə 4 dəfə həyata keçirilən bir prosesdir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Oktyabr 2020, 15:27

"Hazırda aparılan müddətli həqiqi hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi ildə 4 dəfə həyata keçirilən bir prosesdir. Bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur".

 

İnterAz xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib. 

 

"Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq, Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada da təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Bir daha diqqətə çatdırırıq ki, oktyabrın 30-dək davam edəcək müddətli həqiqi hərbi xidmətə çağırış normal prosedur qaydadır, yəni plana uyğun olaraq aparılır", - o bildirib.