Hikmət Hacıyev “İlkin məlumata görə, Ermənistanın raket hücumu nəticəsində Gəncədə 20-dən çox ev dağıdılıb”

...“Azərbaycanın ikinci böyük şəhərində günahsız mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Oktyabr 2020, 02:17

“Azərbaycanın ikinci böyük şəhərində günahsız mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair məsuliyyətsiz çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, Gəncədə 20-dən çox ev dağıdılıb”.

 

İnterAz xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.