MN: Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

...Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Oktyabr 2020, 10:41

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.