Müdafiə Nazirliyi: Düşmənin hərbi hissəsi ələ keçirilib

...Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb

Баку, Gülnarә Quliyeva, İnteraz - 18 Oktyabr 2020, 12:17

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.