Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub

...bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

Баку, Gülnarә Quliyeva, İnteraz - 18 Oktyabr 2020, 13:31

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.