Ermənistana məxsus daha bir PUA məhv edilib

...bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

Баку, Gülnarә Quliyeva, İnteraz - 18 Oktyabr 2020, 14:48

Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.