Prezidentin köməkçisi: “ABŞ artıq bəyan edib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir”

...Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Oktyabr 2020, 16:57

“Artıq ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir. Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub”.

 

İnterAz-ın məlumatına görə, bunu bu gün ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, Azərbaycan mülki şəxsləri və xarici diplomatik korpusun nümayəndələrini terror təhdidindən qorumaq üçün bütün lazımi addımları atır: “Biz artıq Azərbaycan səfirlikləri olan ölkələrə müraciət etmişik ki, Azərbaycanda yerləşən diplomatik missiyaların təhlükəsizlik səviyyəsi qaldırılsın, təhlükəsizliyə xüsusi diqqət ayrılsın”.