BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 09:03

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

 

İnterAz-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

 

V.Nebenzya bildirib ki, hazırda atəşkəs rejimini təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.

 

Onun sözlərinə görə, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir.